...

Azərbaycanda qaz istehlakı azalmaqda davam edir

Energetika Materials 24 İyun 2014 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Emil İsmayılov/

2014-cü il iyunun 24-nə olan məlumata görə, əhaliyə və Azərbaycanın digər istehsalçılarına verilən qazın sutkalıq həcmi 7 milyon kubmetr olub. Mayın 23-də bu göstərici 7,2 milyon kubmetr təşkil edib. Bunu çərşənbə axşamı Trend-ə "Azəriqaz" İstehslaat Birliyindən (İB) deyiblər.

İB-dən bildiriblər ki, iyunun 24-də Bakıda sutkalıq qaz istehlakı (ölkədə hava şəraitinin yaxşılaşması fonunda) 4,7 milyon kubmetr olub: "Regionlarda sutkalıq 2,3 milyon kubmetr qaz istehlak edilir".

Qaz istehlakının azalması yaz-yay mövsümü ilə əlaqədardır.

Qeyd edək ki, 2014-cü il iyunun 1-nə olan məlumata görə, Azərbaycanın qaz operatorunun abonentlərinin sayı 1 691 127 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti