...

"Neft Daşları" yatağında yeni quyu qazılır

Energetika Materials 30 İyun 2014 15:33 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 418a nömrəli platformadan 2615 nömrəli quyuda aparılan qazma işləri uğurla davam etdirilir.
"Neft Daşları" yatağında yeni quyu qazılır

Azərbaycan, Bakı, 30 iyun /Trend/

"Neft Daşları" yatağındakı 418a nömrəli platformadan 2615 nömrəli quyuda aparılan qazma işləri uğurla davam etdirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1100 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti