...

"Qaradağ" Yeraltı Qazsaxlama Anbarlarında Qazpaylama məntəqəsi genişləndirilir

Energetika Materials 19 Avqust 2014 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

"Qaradağ" Yeraltı Qazsaxlama Anbarlarında mövcud Qazpaylama məntəqəsinin genişləndirilməsi işləri uğurla davam etdirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, anbarlarda quyulara vurulan və quyulardan götürülən qaz həcmlərinin artırılması, eləcə də idarəetmə sisteminin avtomatlaşdırılması məqsədi ilə aparılan yenidənqurma tədbirləri zamanı 18,6 kilometr uzunluğunda şleyf xətləri çəkilib, 1 ədəd dozator nasosxanası tikilib.

Bundan başqa, 12 quyu üçün monifold blok, 1 ədəd D600 tədqiqat separatoru, 1 ədəd D1600 qaz separatoru, 1 ədəd D2000 qaz separatoru və 2 ədəd D2400 giriş separatoru quraşdırılıb. Dozator nasosxanasından monifoldlara qədər 12 kilometr uzunluğunda metanol xətlərinin çəkilməsi və separatorlarla əlaqələndirilməsi, həmin nasosxanada 46 ədəd nasosun quraşdırılması nəzərdə tutulur.

"Azneft" İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin sifarişi ilə "Neftqaztikinti" Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilən işlərin ilin sonuna kimi tam başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti