Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Emil İsmayılov/
Ötən həftə - 18-22 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 102,15 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 2,06 dollar/barel aşağıdır.
Trend-in məlumatına görə, 18-22 avqust həftəsində AZERI LT-nin qiyməti maksimum 102,67, minimum isə 101,21 dollar/barel təşkil edib.
18-22 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 98,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,88 dollar/barel azdır.
Ötən həftə URALS-ın qiyməti maksimum 99,16, minimum isə 98,08 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
18-22 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti 99,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 1,72 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 100,64 dollar, minimum isə 98,62 dollar/barel təşkil edib.