...

Azərbaycanın 21 rayonunda qaz olmayacaq

Energetika Materials 24 Sentyabr 2014 11:11 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın 21 rayonunda qaz olmayacaq

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, qaz xətlərinin mənbələrə birləşdirilməsi, qaztənzimləyici və sipərin quraşdırılması, həmçinin yeni quraşdırılmış ölçü qovşağının şəbəkəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 16:00-dək Şabran rayonuna, saat 17:00-dək Qaradağ və Yasamal, saat 18:00-dək Quba rayonuna, Qobustan, Xaçmaz, İsmayıllı, Qazax, Xəzər, Bərdə, Zərdab, Ağstafa, Ağdaş, Samux, Göygöl və Şəmkir, işlər başa çatanadək isə Xətai, Suraxanı, Lənkəran, Lerik və Yevlax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti