...

Ukraynada 40-cı "SOCAR" YDM-i açıldı

Energetika Materials 15 Oktyabr 2014 16:50 (UTC +04:00)
SOCAR Ukraynada premium-klass tipli yanacaqdoldurma şəbəkəsini genişləndirir.
Ukraynada 40-cı "SOCAR" YDM-i açıldı

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

SOCAR Ukraynada premium-klass tipli yanacaqdoldurma şəbəkəsini genişləndirir.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 14-də Kiyev vilayətinin Obuxov şəhərində yolun paytaxta gedən istiqamətində sayca 40-cı "SOCAR" yanacaqdoldurma məntəqəsi (YDM) açılıb. Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 "Nano" benzinləri və "Nano" dizel yanacağı təklif edilir.

YDM ərazisində "BUTA kafe" və mağaza fəaliyyət göstərir. Burada müştərilərə onların rahatlığını təmin edən bir sıra xidmətlər - avtomobillərin su təchizatı, yuyulması, təkərlərin doldurulması, dayanacaq, internet, mobil telefonların enerji təchizatı, kompüter, printer və skanerdən istifadə pulsuz təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti