...

Türkiyə səfiri TANAP-dan danışdı (ƏLAVƏ OLUNUB)

Energetika Materials 12 Dekabr 2014 12:27 (UTC +04:00)
"TANAP layihəsinin təməlqoyma mərasiminin harada keçirilməsindən çox onun reallaşdırılmasının mahiyyəti önəmlidir. TANAP planlaşdırıldığı kimi, addım-addım irəliləyir".
Türkiyə səfiri TANAP-dan danışdı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlkin İzzət/

"TANAP layihəsinin təməlqoyma mərasiminin harada keçirilməsindən çox onun reallaşdırılmasının mahiyyəti önəmlidir. TANAP planlaşdırıldığı kimi, addım-addım irəliləyir". Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Diplomat bildirib ki, layihə ilə bağlı Türkiyədə lazımi işlər görülüb: "Boruların döşənməsi işləri tamamlanıb, onların emalı ilə bağlı məsələlər həll olunur".

Onun sözlərinə görə, Türkiyədə TANAP-ın həyata keçirilməsi planları tərəfdaşlarla birgə həll olunur: "Bu, asan iş deyil. İşlərin sinxronlaşdırılması, zamanla bağlı məsələlərin uyğunlaşdırılması lazımdır. Bunu da edirik. Vaxtilə BakıTbilisi-Ceyhan bir xəyal idi. Lakin bu gün biz onun haqqında olmuş bir şey kimi danışırq. Eyni sey TANAP-la da olacaq. Biz bunu bacaracağıq və irəlilədəcəyik".

Diplomat Türkiyə və Rusiya arasında qaz tədarükü ilə bağlı razılaşmaya da münasibət bildirib: "Bu razılaşma hələlik niyyət bəyannaməsi şəklindədir. Bu məsələ üzərində çalışacağıq. Bunun hər iki tərəf üçün rentabelli olması məsələsi var. Belə işlər iqtisadi cəhətdən rentabelli olub-olmadığı yoxlanıldıqdan sonra həyata keçirilir. Türkiyənin TANAP-la əlaqədar addımlarının zəiflədiyini düşünmək real deyil. Bunlar həyata keçirsə, bir-birini tamamlayan layihələr olacaq".

İsmayıl Alper Coşqun Bakı-Tbilisi-Qars layihəsinə də toxunaraq bildirib ki, zamanla belə böyük layihələrin həyata keçirilməsində ticari və texniki səbəblərdən gecikmə ola bilər: "Lakin Türkiyə, Azərbaycan və Gürcüstanın bu layihənin həyata keçirilməsi üçün tam iradəsi var. Bəzi kiçik ləngimələr olsa da, layihə mütləq həyata keçiriləcək. Bu, enerji layihələrindən də daha uzunmüddətli və böyük nəticələri olan layihədir. Bunun da mərkəzində Azərbaycan durur. Layihə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və ölkənin regionda bir mərkəz olmasına təsir edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti