Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/
"Тürk axını" Transanadolu qaz kəmərinə (TANAP) rəqib deyil. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Nazir bunu Rusiya ilə yeni boru kəmərinin tikintisi üzrə danışıqların hüquqi xarakter daşımaması ilə əlaqələndirib.
O, qeyd edib ki, Türkiyə TANAP-ın (layihədə) tərəfdaşıdır.