...

"Neft Daşları" yatağında yeni quyu qazılır

Energetika Materials 30 Dekabr 2014 14:42 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2150 nömrəli platformadan 2152 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Neft Daşları" yatağında yeni quyu qazılır

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

"Neft Daşları" yatağındakı 2150 nömrəli platformadan 2152 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1700 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti