...

Böyükmərc və Kökəltmə ilk dəfə təbii qaz gördü

Energetika Materials 13 Mart 2015 17:02 (UTC +04:00)
İsmayıllının iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib.
Böyükmərc və Kökəltmə ilk dəfə təbii qaz gördü

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bu gün İsmayıllı rayonunun Böyükmərc və Kökəltmə adlanan yaşayış məntəqələrinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 105 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 730 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 105 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti