...

SOCAR büdcəyə ödənişi artırıb

Energetika Materials 13 May 2015 19:02 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin aprel ayında dövlət büdcəsinə 132 milyon 503 min manat vəsait ödənilib.
SOCAR büdcəyə ödənişi artırıb

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin aprel ayında dövlət büdcəsinə 132 milyon 503 min manat vəsait ödənilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu göstərici 2014-cü ilin aprel ayı müqayisədə 4 milyon 87 min manat və ya 103,2 faiz çox olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında büdcəyə 472 milyon 946 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 908 min manat vəsait köçürüb.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 46 milyon 594 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti