...

SOCAR Xəzərdə iri qaz yatağında qazma işinə başlayır

Energetika Materials 4 İyun 2015 01:16 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Ümid" yatağında üçüncü quyunu qazmağa başlamağı planlaşdırır.
SOCAR Xəzərdə iri qaz yatağında qazma işinə başlayır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Ümid" yatağında üçüncü quyunu qazmağa başlamağı planlaşdırır. Bunu Trend-ə SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

O bildirib ki, biz yaxın günlərdə "Ümid" yatağında quraşdırılmış platformadan üçüncü quyunu qazmağa başlayacağıq: "Bu, maili tip quyu olacaq".

Qeyd edək ki, SOCAR 2010-cu ildə "Ümid" yatağının açılışını elan etmişdi. "Ümid" yatağındaki iki quyunun sutkalıq debeti 1,1-1,5 milyon kubmetr qaz arasında dəyişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti