...

Saatlının daha bir kəndinə qaz verildi

Energetika Materials 27 İyul 2015 15:04 (UTC +04:00)
Saatlı rayonunun Yeni Novruzlu kəndinə təbii qazın verilişi bərpa edilib.
Saatlının daha bir kəndinə qaz verildi

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Saatlı rayonunun Yeni Novruzlu kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 252 abonenti olan Yeni Novruzlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 800 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 252 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti