...

SOCAR ən qədim dəniz yatağında infrstrukturu genişləndirir

Energetika Materials 21 Avqust 2015 17:02 (UTC +04:00)
SOCAR (Azərbaycan DÖvlət Neft Şirkəti) “Neft Daşları” yatağında yeni blok tipli 1779 saylı estakada yanı meydançanın tikintisinə başlayır.
SOCAR ən qədim dəniz yatağında infrstrukturu genişləndirir

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Maksim Tsurkov/

SOCAR (Azərbaycan DÖvlət Neft Şirkəti) "Neft Daşları" yatağında yeni blok tipli 1779 saylı estakada yanı meydançanın tikintisinə başlayır. Trend xəbər verir ki, bu barədə SOCAR-ın saytında dərc olunan məlumatda deyilir.

10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 19 metr dərinliyində yerləşdiriləcək.

Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yan alma meydançaları, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaq.

Qeyd edək ki, estakada yanı meydançanın tikintisinin 2016-cı ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti