Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Maksim Tsurkov/
Böyük Britaniyanın neft-qaz şirkətləri Azərbaycanın investisiya potensialını 17 milyard dollar səviyyəsində qiymətlənidirirlər. Trend-in xəbərinə görə, bu barədə Böyük Britaniyanın Ticarət və İnvestisiyalar Agentliyinin (UKTI) məlumatında deyilir.
Məlumata əsasən, agentliyin İnfrastruktur və energetika şöbəsinin rəhbəri Kempbell Kir bildirib ki, Böyük Britaniya 2014-cü ildə Azərbaycana təqribən 1,5 milyard dollar sərmayə qoyub və sərmayələrin böyük hissəsi neft-qaz sektorunun payına düşüb: "Agentlik investisiyaların həcmini artırmağı ümid edir".