...

Bakı Dərin Özüllər Zavodunda təmizləmə qurğusu istismara verilib (FOTO)

Energetika Materials 18 Sentyabr 2015 19:26 (UTC +04:00)
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa olunmuş bioloji təmizləmə qurğusu istifadəyə verilib.
Bakı Dərin Özüllər Zavodunda təmizləmə qurğusu istismara verilib (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa olunmuş bioloji təmizləmə qurğusu istifadəyə verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə zavodun rəhbərliyi və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər. Müəssisənin direktoru Ayaz Qarayev bioloji təmizləmə qurğusu layihəsinin icrası ilə bağlı məlumat verib. Qeyd olunub ki, sutkada 1500 kubmetr sutəmizləmə gücünə malik "BİOMAS-P" tipli qurğuda təmizlənəcək məişət-çirkab suları zavod ərazisində salınmış yaşıllıq zonasının suvarılması və texniki məqsədlər üçün yararlı olacaq. Təmizlənmiş suyun laboratoriyada mütəmadi yoxlanılması üçün lazımi şərait yaradılıb.

Layihəsi "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən verilmiş qurğunun baş podratçısı "Neftqaztikinti" trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsidir. Müəssisə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, tikinti-quraşdırma işlərini vaxtında və yüksək səviyyədə həyata keçirib. Müasir avtomatlaşdırma vasitələrindən istifadə olunub, qurğu zəruri avadanlıqlar və müasir avtomatik idarəetmə sistemləri ilə təchiz edilib.

Qeyd olunub ki, perspektivdə qurğunun imkanlarından SOCAR-ın zavoda yaxın ərazidə yerləşən digər müəssisələrində də istifadə olunması planlaşdırılır. İclasda "BİOMAS-P" qurğusunun fasiləsiz istismarı üçün ixtisaslı operatorların hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti