Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Bu ilin 10 ayında 271 yaşayış məntəqəsi qazlaşdırılıb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 10 534 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 473 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust ayları ərzində respublikanın 271 yaşayış məntəqəsi qazlaşdırılıb.