...

Sabah da bəzi rayonlarda qaz olmayacaq

Energetika Materials 17 Noyabr 2015 17:50 (UTC +04:00)
Ağdaş, Ağdam və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah da bəzi rayonlarda qaz olmayacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Ağdaş, Ağdam və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, noyabrın 18-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Qəbələ", "Göyçay-3", "Cırdaxan" və "Yeni Yevlax", Ağdam magistral qaz kəmərləri sahəsinin "Tərtər", Astara magistral qaz kəmərləri sahəsinin "Lerik" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Göyçay rayonunun Mirzəhüseyinli, Bərdə rayonunun Yeni Daşkənd, Zümürxan, Yevlax rayonunun Cirdaxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Tərtər, Lerik və Qəbələ rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti