...

Ərdoğan Azərbaycanın Avropa üçün vacib ölkə olduğunu xatırlatdı (ƏLAVƏ OLUNUB)

Energetika Materials 19 Noyabr 2015 13:07 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır.
Ərdoğan Azərbaycanın Avropa üçün vacib ölkə olduğunu xatırlatdı (ƏLAVƏ OLUNUB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atlantik Şurasının Enerji və İqtisadi Sammitində çıxış edərkən deyib.

Prezident bildirib ki, Avropa "Nabucco" boru kəmərini tikməyi planlaşdıranda, Azərbaycan və Türkiyə Trans-Anadolu qaz kəmərinin (TANAP) tikinti layihəsini reallaşdırmağa başladı.

R.T.Ərdoğan qeyd edib ki, "Nabucco" layihəsinin reallaşdırılmamasının səbəbi Avropanın onun həyata keçirilməsinə vəsait ayırmamasıdır.

Prezident deyib ki, hazırda Türkiyədə TANAP qaz kəmərinin tikintisi davam edir: "TANAP vasitəsilə tədarük üçün Türkmənistandan və digər alternativ mənbələrdən qazın cəlb edilməsi üzrə işlər aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti