...

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi olacaq

Energetika Materials 21 Noyabr 2015 14:25 (UTC +04:00)
Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda (Gas Exporting Countries Forum – GECF) müşahidəçi statusunun alınması üzrə prinsipial razılığını verib.
Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi olacaq

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda (Gas Exporting Countries Forum - GECF) müşahidəçi statusunun alınması üzrə prinsipial razılığını verib. Bunu Trend-ə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Nazirlikdən bildiriblər ki, təşkilatın rəhbərliyi dəfələrlə Azərbaycana forumun işinə qoşulmağı təklif edib: "Aparılan çoxsaylı müzakirələr nəticəsində Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirakını məqsədəuyğun sayıb və buna razılığını verib. Qaz İxrac edən Ölkələr Forumuna üzv dövlətlərin dövlət və hökumət başçılarının noyabrın 23-də İranın paytaxtı Tehranda keçiriləcək 3-cü Qaz Sammitində Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək".

Mətbuat xidmətindən statusun alınması tarixini dəqiqləşdirməyiblər.

Qeyd edək ki, Qaz İxrac edən Ölkələr Forumu 2001-ci ildə Tehran şəhərində yaradılıb. 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 6 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman və Peru) üzvü var. Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70%-i, boru kəmərləri ilə ticarətin 35%-i, LNG istehsalının 85 %-i cəmləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti