...

İranda "qaz OPEK"i sammiti başladı (FOTO)

Energetika Materials 23 Noyabr 2015 18:07 (UTC +04:00)
Qaz İxrac edən Ölkələrin Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət başçılarının III sammiti bu gün Tehranda öz işinə başlayıb.
İranda "qaz OPEK"i sammiti başladı (FOTO)

İran, Tehran. Mehdi Sepəhvənd - Trend:

Qaz İxrac edən Ölkələrin Forumuna (Gas Exporting Countries Forum - GECF) üzv ölkələrin dövlət başçılarının III sammiti bu gün Tehranda öz işinə başlayıb.

Trend-in məlumatına görə, sammitdə Boliviya, Rusiya, Ekvatorial Qvineya, Nigeriya, Venesuela, İraq və Türkmənistan prezidentləri iştirak edirlər.

Müşahidəçi ölkələr Niderland, İraq, Oman, Peru, Azərbaycan və Norveçdir.

Görüş Tehranın Beynəlxalq Konqres Mərkəzində keçirilir.

Forumu açıq elan edən İran Prezidenti Həsən Ruhaninin sözlərinə görə, yaxın 10 il ərzində dünyada təbii qaza tələbatın artacağı gözlənilir.

O, Forum üzvlərini qaz sektorunda razılaşdırılmış addımlar atmağa çağırıb. Dünyada təbii qazın 42 faizi Forum iştirakçılarının payına düşür.

Qeyd edək ki, Azərbaycanı sammitdə energetika naziri Natiq Əliyev, sammit çərçivəsində keçiriləcək ekspertlərin iclasında isə energetika nazirinin müavini Natiq Abbasov təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti