...

İran enerji resurslarının nəqli üçün Azərbaycanın infrastrukturundan istifadə etməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Energetika Materials 27 Noyabr 2015 13:23 (UTC +04:00)
İran rəsmi Bakının enerji resurslarının nəqli üçün Azərbaycanın infrastrukturundan istifadə etmək təklifinə maraq göstərir.
İran enerji resurslarının nəqli üçün Azərbaycanın infrastrukturundan istifadə etməyə hazırdır  (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İran rəsmi Bakının enerji resurslarının nəqli üçün Azərbaycanın infrastrukturundan istifadə etmək təklifinə maraq göstərir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu təşəbbüslə Tehranda keçirilmiş Qaz İxrac edən Ölkələrin Forumunun sammitində çıxış edib.

N.Əliyev qeyd edib: "Biz danışıqlar keçirəcəyik, onların təkliflərinə baxacağıq və İranın enerji resurslarının nəqli üçün boru kəmərlərimizin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti