...

BP "Azeri Light"ın hasilatını azaldıb

Energetika Materials 30 Noyabr 2015 17:24 (UTC +04:00)
2015-ci ilin 3 rübü ərzində Britaniyanın BP şirkəti və tərəfdaşları Azərbaycanın neft-qaz yatağı “Azəri-Çıraq-Günəşli”də (AÇG) 24 milyon ton (175 milyon barel) neft hasil edib.
BP "Azeri Light"ın hasilatını azaldıb

Bakı. Maksim Tsurkov - Trend:

2015-ci ilin 3 rübü ərzində Britaniyanın BP şirkəti və tərəfdaşları Azərbaycanın neft-qaz yatağı "Azəri-Çıraq-Günəşli"də (AÇG) 24 milyon ton (175 milyon barel) neft hasil edib. Ötən ilin analoji dövründə bu göstərici 24,2 milyon ton (181 milyon barel) olub.

Trend-in məlumatına görə, bu barədə BP-nin 2015-ci il yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

Göstərilən dövrdə AÇG yatağında gündəlik orta hasilat 640 min barel təşkil edib.

2014-cü ildə BP şirkəti AÇG yatağında 31,5 milyon ton (233 milyon barel) neft hasil edib ki, 2013-cü ildə bu göstərici 32,2 milyon ton (239 milyon barel) idi.

Bu ilin 3 rübü ərzində layihə çərçivəsində əməliyyat məsrəfləri 570 milyon dollar, əsaslı məsrəflər isə 1,5 milyard dollar təşkil edib.

Proqnozlara əsasən, 2015-ci ildə layihə çərçivəsində əsaslı məsrəflərin həcmi 1,99 milyard dollar, əməliyyat məsrəfləri isə 978,7 milyon dollar təşkil edəcək.

AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Yatağın neft ehtiyatları təqribən 1 milyard ton təşkil edir.

Müqavilədə pay iştirakı aşağıdakı kimidir: BP (AÇG-nin operatoru) - 35,78 faiz, "Chevron" - 11,27 faiz, "Inpex" - 10,96 faiz, "AzACG" - 11,65 faiz, "Statoil" - 8,56 faiz, "Exxon" - 8 faiz, "TPAO" - 6,75 faiz, "Itocu" - 4,3 faiz və "ONGC" - 2,72 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti