...

Ətraf qəsəbələrdə qaz olmayacaq

Energetika Materials 3 Dekabr 2015 16:54 (UTC +04:00)
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Ətraf qəsəbələrdə qaz olmayacaq

Bakı. Trend:

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Türkan-1", "Türkan-2" və "Mərdəkan bağları" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Türkan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti