Bakı. Trend:
Brüsselin İran üzərində olan sanksiyaların ləğvindən sonra İrana məxsus "Monte Toledo" adlı ilk neft tankerin Avropaya gəlib. Bu barədə Trend Bloomberg-ə istinadən məlumat verir.
Məlumata əsasən, təxminən 1 milyon barrel xam neft daşıyan "Monte Toledo" tankeri İspaniyanın Alhesirase limanına daxil olub və artıq "qara qızılın" boşaldılmasına başlanılıb.
Qeyd olunur ki, tanker İrandan Avropaya 17 günə çatıb.