...

Bəzi kəndlərdə qaz olmayacaq

Energetika Materials 3 May 2016 19:56 (UTC +04:00)
Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.
Bəzi kəndlərdə qaz olmayacaq

Bakı. Trend:

Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 4-də saat 10:00-dan 20:00-a qədər "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Padar", Astara magistral qaz kəmərləri sahəsinin "Göytəpə" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağsu rayonunun Padar, Cəlilabad rayonunun Göytəpə, Təklə, Pirilini, Ağdaş, Bəcirəvan və Maşalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti