...

SOCAR yeraltı qaz anbarlarına vurulan təbii qazın həcmini açıqladı

Energetika Materials 19 May 2016 13:37
Payız-qış mövsümü üçün SOCAR-ın “Qaradağ” və “Qalmaz” qaz anbabarlarına təbii qazın vurulması prosesi uğurla davam etdirilir.
SOCAR yeraltı qaz anbarlarına vurulan təbii qazın həcmini açıqladı

Trend-i buradan izləyin

Bakı. Trend:

Payız-qış mövsümü üçün SOCAR-ın "Qaradağ" və "Qalmaz" qaz anbabarlarına təbii qazın vurulması prosesi uğurla davam etdirilir. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu proses mövcud qrafikə uyğun olaraq, mart ayının sonlarından başlanılıb və cari ilin noyabr ayında başa çatdırılacaq. Cari il mayın 18-ə kimi anbarlara ümumilikdə 382 milyon 438 min kubmetr qaz vurulub ki, bunun da 134 milyon 195 min kubmetri "Qalmaz", 248 milyon 243 min kubmetri isə "Qaradağ" qaz anbarlarının payına düşüb. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlardakı aktiv qazın miqdarı 1 milyard 363 milyon 313 min kubmetr təşkil edir ki, bu həcmin də 632 milyon 631 min kubmetri "Qalmaz", 730 milyon 682 min kubmetri isə "Qaradağ" qaz anbarlarının payına düşür.

Yeraltı anbarlara vurulan təbii qazın miqdarı onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi, bu ilin payız-qış mövsümündə də ölkə istehlakçılarının "mavi yanacaq"la təchizatında heç bir problem olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti