...

“Neft Daşları”nda 419A saylı meydança əsaslı təmir edilib

Energetika Materials 14 Oktyabr 2016 17:29 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir.
“Neft Daşları”nda 419A saylı meydança əsaslı təmir edilib

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 419A saylı meydança əsaslı təmir olunaraq istismara verilib. “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 47 ədəd möhkəmləndirici svay vurulub, 16 ədəd metal rigel, 17 ədəd metal ferma, 45 ədəd suüstü metal əlaqə və 186 ədəd dəmir-beton plitə quraşdırılıb, 125 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib.

Bundan əlavə, 10 quyu şaxtası bərkidilib və rənglənmib. Meydançanın perimetri boyunca məhəccər çəpəri quraşdırılıb, işıqlandırma sistemi yenidən qurulmuş, meydança üzərinə asfalt-beton örtüyü çəkilib, korroziyaya qarşı mühafizə işləri yerinə yetirilib. Meydançanın 871 kvadratmetrlik hissəsi əsaslı təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti