...

Neftimiz bahalaşıb

Energetika Materials 27 Yanvar 2017 12:03 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 26-da 56,91 dollar/barel təşkil edib.
Neftimiz bahalaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 26-da 56,91 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,86 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 26-da 56,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 26-da 53,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 26-da 55,89 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,04 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti