Bakı. Ləman Zeynalova - Trend:
Pakistan Xarici İşlər Nazirliyi Azərbaycandan neft və qaz tədarükü üzrə razılaşmanın imzalanmasına razılıq verib. Trend bu barədə Pakistan KİV-ə istinadən məlumat verir.
Məlumata görə, bu sənəd Pakistanın Yaxın Şərqdən enerji asılılığını azaldacaq.
Qeyd edək ki, 2016-cı il aprel ayında Pakistanın Neft və Təbii Ehtiyatlar Nazirliyi ilə hökumətlərarası görüşdə neft və neft məhsullarının tədarükü üzrə sazişin imzalanması razılaşdırılıb.