...

Azərbaycan propilen istehsalını artıracaq (YENİLƏNİB)

Energetika Materials 13 Aprel 2017 10:22 (UTC +04:00)
Azərbaycan propilen istehsalını artıracaq.
Azərbaycan propilen istehsalını artıracaq (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

"Azərikimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunda propilen istehsalı modernləşdirmənin birinci mərhələsinin yekunu üzrə cari ilin oktyabrında 150 min tonadək artırılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərikimya" İB-nin rəhbəri Muxtar Babayev deyib.

O qeyd edib ki, zavodun modernləşdirilməsi prosesi üç mərhələyə ayrılıb: "Birinci mərhələ cari ilin oktyabrında, ikinci mərhələ gələn ilin yayında (iyul-avqust), son işlər isə 2019-cu ilin yayında başa çatacaq. Ümumilikdə, işlər plan üzrə gedir".

M.Babayev əlavə edib ki, modernləşdirmənin ilk mərhələsinin yekunu üzrə oktyabrda propilen istehsalı hazırkı 60 min tondan 150 min tonadək artırılacaq: "Sonrakı mərhələdə bu göstərici 185-190 min tonadək çatdırılacaq".

Onun sözlərinə görə, ötən il zavodun modernləşdirilməsinə 30 milyon avro xərclənib: "Yaxın aylarda biz daha 80 milyon avro ödəməliyik. Maliyyələşdirmə həm kredit hesabına, həm də SOCAR tərəfindən həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti