...

“Neft Daşları”nda yeni quyu istismara verilib

Energetika Materials 14 Avqust 2017 15:25 (UTC +04:00)
“Neft Daşları” yatağında yerləşən 1954A saylı estakadayanı meydançadan 2686 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Neft Daşları”nda yeni quyu istismara verilib

Bakı. Trend:

“Neft Daşları” yatağında yerləşən 1954A saylı estakadayanı meydançadan 2686 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1219-1211 metr dərinlikdən sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti