Bakı. Samir Əli - Trend:
İndiyədək "Şahdəniz" yatağından təxminən 85 milyard kubmetr qaz, 21,2 milyon ton kondensat çıxarılıb.
Trend-in məlumatına görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
Şirkət rəhbəri bildirib ki, ötən il ölkə üzrə hasil olunan 41 milyon ton neftin 7,5 milyon tonu, 29,4 milyard kubmetr qazın isə 6,3 milyard kubmetri, habelə bu ilin 8 ayında çıxarılmış 25,6 milyon ton neftin 5 milyon tonu, 18,7 milyard kubmetr qazın isə 4 milyard kubmetri SOCAR tərəfindən hasil edilib.
R.Abullayev qeyd edib ki, "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi üzrə işlər qrafikə uyğun aparılır.