Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan iqtisadiyyatının Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən tikilən “Star” neft emalı zavodunun fəaliyyətindən illik gəliri işə düşdükdən sonrakı beş il ərzində 800 milyon dollardan çox təşkil edəcək.
Trend-in məlumatına görə, bunu Neftçilər gününə həsr olunmuş tədbirdə çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, növbəti on il ərzində isə gəlirlər 600-650 milyon dollardan çox olacaq.
SOCAR prezidenti deyib: “Zavodun tikintisi 2018-ci ilin ikinci yarısında başa çatacaq. Zavod ilk növbədə Türkiyənin “Petkim” negt-kimya kompleksini nafta ilə təchiz edəcək”.