Bakı. Maksim Tsurkov - Trend:
BP şirkəti və onun tərəfdaşları 2012-2016-cı illərdə Azərbaycandakı layihələrinə 36,87 milyard dollar xərcləyib.
Trend-in məlumatına görə, bu barədə BP-nin 2016-cı ildə Azərbaycanda dayanıqlı inkişaf barədə hesabatında deyilir.
“Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və "Cənub Qaz Dəhlizi" layihələrinə kapital xərclərin həcmi 29,845, əməliyyat xərcləri 7,025 milyard dollar təşkil edib.
Eyni zamanda, 1995-ci ildən layihələrin kapital xərcləri 64,5 milyard dollara bərabər olub. Tərəfdaşlarla birgə sosial proqramların reallaşdırılmasına 72 milyon dollar xərclənib, bunlardan 19,1 milyon dolları 2012-2016-cı illərə təsadüf edib.
Hesabatda qeyd olunur ki, 2016-cı ilin sonuna olan vəziyyətə görə, “Çıraq” platformasından 92,7 milyon, “Mərkəzi Azəri” platformasından 105,7 milyon, “Qərbi Azəri” platformasından 96 milyon, “Şərqi Azəri” platformasından 54,7 milyon, “Günəşli” platformasından 53,9 milyon, “Qərbi Çıraq” platformasından 13,8 milyon ton neft hasil edilib. Ümulikdə 2016-cı ildə 416,7 milyon ton neft hasil olunub.