...

BANM-ın prorektoru Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı alıb

Energetika Materials 5 Fevral 2018 16:32 (UTC +04:00)
Oktay Rzayev “Tərəqqi” medalı ilə təltif olunub
BANM-ın prorektoru Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı alıb

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) İnzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

BANM-dan Trend-ə verilən məlumata görə, Yer elmləri üzrə fəlsəfə doktoru Oktay Rzayevi Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qiymətləndirməsi, prorektorun Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərini nəzərə alaraq həyata keçirilib.

Qeyd edək ki, Oktay Rzayev 2012-ci ildən Bakı Ali Neft Məktəbində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır, eyni zamanda BANM-ın Həmkarlar İttifaqı Komitəsinin sədridir. Daha öncə o, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən iki dəfə fəxri fərmanla təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti