...

Nazir: Bu boru kəməri Monteneqroya qaz tədarükü üçün ən yaxşı istiqamətdir

Energetika Materials 25 Fevral 2018 09:22
İoni-Adriatik boru kəməri (IAP) Monteneqroya qaz tədarükü üçün ən yaxşı istiqamətdir.
Nazir: Bu boru kəməri Monteneqroya qaz tədarükü üçün ən yaxşı istiqamətdir

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

İoni-Adriatik boru kəməri (IAP) Monteneqroya qaz tədarükü üçün ən yaxşı istiqamətdir.

Bunu Trend-ə müsahibəsində Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç deyib.

Nazir qeyd edib ki, qaz təchizatı sahəsində IAP Monteneqro üçün vacib əhəmiyyət daşıyır:

"Bizim bütün sənədlərimiz və tədqiqatlarımız onu göstərir ki, Monteneqroya qaz tədarükünün ən yaxşı üsulu IAP layihəsidir. Bu layihə təkcə təbii qazı Monteneqroya tədarük etməyə deyil, həm də Monteneqronu regionun digər ölkələri ilə əlaqələndirməyə imkan verəcək. Bundan başqa IAP Monteneqro şelfində hasilatı mümkün olan təbii qazı Qərbi Avropaya nəql etməyə imkan verəcək".

D.Sekuliç onu da əlavə edib ki, yaxın zamanlarda IAP layihəsinin idarəetməsini həyata keçirəcək hüquqi şəxs yaradılacaq.

Onun sözlərinə görə, bu istiqamətdə ilk addım Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya və Monteneqronun təbii qaz operatorlarının layihə şirkətinin yaradılması haqqında niyyət məktubunu imzalanmasıdır.

Nazir deyib: "Uzun illər ərzində enerji tədarükünün təhlükəsizliyi Avropa təşkilatlarının diqqət mərkəzindədir və təbii qaz mənbələrinin diversifikasiyası prioritetlərdən biridir. Monteneqroya gəldikdə isə hesab olunur ki, "Cənub qaz dəhlizi"nin tərkib hissəsi olan IAP təbii qazın tədarükü üçün yeganə etibarlı marşrutdur. Bizim bütün səylərimiz və fəaliyyətimiz bu layihənin tez bir zamanda reallaşması üçün yönəldilib".

Qeyd edək ki, IAP boru kəmərini Albaniyanın Fieri şəhərində Transadriatik boru kəmərinə (TAP) qoşmaq planlaşdırılır. SOCAR IAP layihəsinin texniki məsləhətçilərindən biri qismində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti