Bakı. Samir Əli - Trend:
Hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.
ASC-dən Trend-ə verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.
Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb.
"Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur", - məlumatda qeyd olunur.