...

Bilik Fondu “Neftçilər Günü” münasibətilə seminar keçirib (FOTO)

Energetika Materials 20 Sentyabr 2018 20:16 (UTC +04:00)
Bakı Dövlət Sosial–İqtisadi Kollecində “Neftçilər günü” münasibətilə “Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət neft siyasətinin banisidir” mövzusunda seminar keçirilib.
Bilik Fondu “Neftçilər Günü” münasibətilə seminar keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondu Bakı Dövlət Sosial–İqtisadi Kollecində “Neftçilər günü” münasibətilə “Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət neft siyasətinin banisidir” mövzusunda seminar keçirib.

Fonddan Trend-ə verilən məlumata görə, kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov ölkəmizin qabaqcıl tədris müəssisələrindən birində Bilik Fondunun təşkil etdiyi tədbirin tələbələrin iqtisadi, elmi-praktik biliklərinin artmasında əhəmiyyətli rolu olacağını bildirib.

Mühazirəçi Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədov mövzu ilə bağlı video-təqdimatında Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Alim xüsusi vurğulayıb ki, ölkəmizin bugünkü tərəqqisi, sivil dünya birliyinə uğurlu inteqrasiyası 1994-cü ilin bu günü imzalanan, ümummilli lider Heydər Əliyevin uzaqgörən zəkasının, müdrik vətənsevərliyinin təcəssümü olan “Əsrin müqaviləsi”nin məntiqi nəticəsidir. Həmin tarixdən Azərbaycan öz nefti ilə yeni status qazanaraq, xalqımızın, dövlətimizin sosial-iqtisadi inkişafına yönəldi. M.Məmmədov 1992-ci ildə bir qrup alim, ziyalı ilə birlikdə Naxçıvanda ulu öndərlə unudulmaz görüşünü xatırladaraq deyib ki, hələ o zaman dahi siyasətçi Azərbaycanın zəngin neft-qaz resurslarının gələcəkdə dövlət müstəqilliyimizin etibarlı təminatı olacağını bildirmişdi. Dahi siyasətçi Heydər Əliyevin əsasını qoyduğu dövlət enerji siyasətinin Prezident İlham Əliyevin siyasi iradəsi, müasir qlobal siyasətin tələblərinə uyğun davam və inkişaf etdirməsi sayəsində “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılmasına nail olduğunu bildirərək, ölkəmizin Avropanın enerji təminatında mühüm əhəmiyyətə malik olan beynəlxalq layihələri uğurla gerçəkləşdirdyini qeyd edib.

Xalqımız “Neftçilər günü”nü qeyd etməklə həm də onların fədakar əməyinə hörmətini və böyük nailiyyətlərinə görə öz ehtiramını bildirir.

Mühazirəçi tələbələrin çoxsaylı suallarına cavab verib, interaktiv qaydada onların neft sənayesinə dair biliklərini də sual-cavablarla dəyərləndirib.

Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxışında Fondun maarifçilik layihələri barədə barədə məlumat verib, tələbələri bu layihələrdə fəal işirak etməyə çağırıb. 20-dək elmi əsərin müəllifi olan professor M.Məmmədovun uzun illər Energetika Nazirliyində xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmaqla elmi-praktik şəkildə “Əsrin müqavilə”sinn reallaşması istiqamətində dəyərli fəaliyyət göstərdiyini qeyd edib, mühazirəçiyə maraqlı, yaddaqalan təqdimata görə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti