...

Nazir: Azərbaycanda alternativ enerji sahəsində yeni generasiya qurğuları yaradılır (FOTO)

Energetika Materials 10 Dekabr 2018 12:42 (UTC +04:00)
Bu gün Azərbaycanda enerji istehsalının 18 faizi alternativ enerjinin payına düşür
Nazir: Azərbaycanda alternativ enerji sahəsində yeni generasiya qurğuları yaradılır (FOTO)

Bakı. Sara İsrafilbəyova - Trend:

Bu gün Azərbaycanda enerji istehsalının 18 faizi alternativ enerjinin payına düşür.

Trend-in məlumatına görə, bunu aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum zamanı energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, “yaşıl iqtisadiyyat” Azərbaycanda inkişafı nəzərdə tutulan yeni və vacib sahədir:

“Bu istiqamətin vacib hissəsi alternativ energetika və enerjinin səmərəli istifadəsidir. Ənənəvi energetika artıq “yaşıl enerji”yə uduzmağa başlayır”.

P.Şahbazov qeyd edib ki, enerji ehtiyatları dünyada qeyri-bərabər şəkildə paylanıb və siyasi silaha çevrilib.

O həmçinin əlavə edib ki, yaxın illərdə Azərbaycanda günəş və külək kimi enerji mənbələri ilə işləyən yeni qurğuların işə salınması planlaşdırılır:

"Bu məqsədlə işçi qruplar yaradılır, "BP", "Total", "Siemens" kimi şirkətlərlə danışıqlar aparılır. Eyni zamanda Asiya İnkişaf Bankı ilə birgə Böyükşor gölündə üzən günəş panellərinin pilot layihəsi işə salınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti