...

RF-nin nazir müavini: Xəzərin statusu barədə Konvensiya əməkdaşlığın yeni səviyyəyə çıxmasına imkan verəcək (ÖZƏL)

Energetika Materials 14 Fevral 2019 17:18 (UTC +04:00)
Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının daha yüksək səviyyəyə çıxmasına imkan verəcək
RF-nin nazir müavini: Xəzərin statusu barədə Konvensiya əməkdaşlığın yeni səviyyəyə çıxmasına imkan verəcək (ÖZƏL)

Bakı. Sara İsrafilbəyova - Trend:

Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının daha yüksək səviyyəyə çıxmasına imkan verəcək.

Bunu Trend-ə özəl müsahibəsində Rusiya Federasiyasının (RF) energetika nazirinin müavini Anatoli Yanovski deyib.

Nazir müavininin sözlərinə görə, Rusiya regionun dörd dövləti ilə, o cümlədən Azərbaycanla əməkdaşlığa hazırdır:

“Bizim artıq azərbaycanlı tərəfdaşlarla müsbət birgə iş təcrübəmiz var. 90-cı illərin sonlarından Rusiyanın “Lukoyl” şirkəti Xəzər dənizində Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi üzrə konsorsiumda iştirak edir. Şirkətin layihədə payı 10 faizə bərabərdir”.

A.Yanovski əlavə edib ki, konsorsiumda iştirak müddəti ərzində investisiyaların həcmi 2 milyard dollardan çox olub:

“Biz hər zaman əməkdaşlığın inkişafını, yeni layihələrin reallaşdırılmasını, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının tədqiq sahəsində layihələrin reallaşdırılmasını hədəf qoymuşuq. Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanması, əlbəttə ki, yeni perspektivlər açacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti