...

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

Energetika Materials 26 Mart 2019 13:11 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək.
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

Bakı. Sara İsrafilbəyova - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa olunan enerji istehsalçıları üçün rəqabətqabiliyyətli (hərrac) sxemin hazırlanmasında və həyata keçirilməsində Azərbaycan Energetika Nazirliyinə dəstək məqsədilə məsləhətçi cəlb etməyi planlaşdırır.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

Bu planların reallaşdırılmasına 2019-cu ilin mayında başlamaq nəzərdə tutulur.

Hərracların Avropa Yenidənqurma və İnkişaf Bankının texniki əməkdaşlıq fondları tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bakı Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir. Bankın iri kreditlər ayırdığı layihələr sırasında Transanadolu boru kəmərinin tikintisinin maliyyələşdirilməsi (500 milyon dollar) və “Şahdəniz 2”-nin işlənməsi (1 milyard dollar) də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti