...

Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir (FOTO)

Energetika Materials 22 Aprel 2019 14:08 (UTC +04:00)
Bakıda SOCAR-ın IV “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumu keçirilir
Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir (FOTO)

Bakı. Sara İsrafilbəyova, Mətanət Nəsibova - Trend:

Bakıda SOCAR-ın IV “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumu keçirilir.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan, Avropa və Mərkəzi Asiyanın neft-qaz sektorundan 300-dək nümayəndə iştirak edir.

Forum iştirakçıları Azərbaycan, Özbəkistan, Türkmənistan və Qazaxıstanın enerji sahəsinin inkişafı, SOCAR-ın Türkiyədəki neft emalı və neft-kimya klasteri, neft emalı zavodu üçün yeni texnologiyalar, regional qaz layihələri, 2019-cu ildə qlobal karbohidrogenlər bazarında mümkün disbalanslar, regionda yeni yataqlar və onların ticarət axınına və ixrac marşrutlarına təsiri, qlobal kontekstdə Xəzər və Mərkəzi Asiya nefti və digər məsələləri müzakirə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti