Əsrin müqaviləsi - Milli uğur strategiyası

Əsrin müqaviləsi - Milli uğur strategiyası

Bakı. Trend:

1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycan inkişafın maliyyələşdirilməsi və yaxın ölkələrlə razılaşmalar yolu ilə regional sabitliyin və inkişafın təşviqi istiqamətində öz neft sənayesini xarici investisiyalar üçün açdı. Hökumətin hazırladığı milli strategiya 1994-cü ilin sentyabrında – Azərbaycan üçün tarixi bir gündə – Hasilatın pay bölgüsü haqqında Sazişin (HPBS) imzalanması ilə nəticələndi. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən üç əsas neft yatağını – Azəri, Çıraq yataqlarını və Günəşli yatağının dərinlikdə yerləşən hissəsini əhatə edən sahənin işlənməsi haqqında həmin HPBS Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında imzalanmışdır.

İlkin olaraq 30 il müddətinə imzalanmış və 2017-ci ildə əsrin ortalarına qədər uzadılmış AÇG HPBS 2 dekabr 1994-cu il tarixində Milli Məclis (Azərbaycan Parlamenti) tərəfindən qəbul olunmuş və 14 dekabr 1994-cu il tarixində qüvvəyə minmişdir. Bu HPBS keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və ƏSRİN MÜQAVİLƏSİ kimi tanınır.

HPBS ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılmışdır. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, Amoco, Unocal, LUKoil, Statoil, Exxon, TPAO, Pennzoil, McDermott; Ramco; Delta Nimir) təşkil olunmuşdu.

1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını öz üzərinə götürüb.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25,0 faiz), Chevron (9,57 faiz), INPEX (9,31 faiz), Equinor (7,27 faiz), ExxonMobil (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), ONGC Videsh Limited (OVL) (2,31 faiz).

AÇG sazişi ABƏŞ üçün iş proqramını və xüsusi layihə büdcələrini təsdiq edən Rəhbər Komitə tərəfindən tənzimlənir. Rəhbər Komitə SOCAR, Azərbaycan Hökuməti və iştirakçı xarici neft şirkətlərinin nümayəndələrindən təşkil olunub.

AÇG sazişi Azərbaycanın dəniz yataqları üzrə ilk HPBS sazişidir və Azərbaycanın yeni neft strategiyasının institusionallaşması və investorlar üçün hüquqi sabitlik təmin edən bazanın yaranması ilə əlamətdardır. HPBS-ə əsasən, yatağın işlənməsinin hər mərhələsi üçün iştirakçı neft şirkətləri bütün işlənmə xərclərini ödəyir və həmin xərcləri "məsrəflərin ödənilməsi üçün neft" formasında kompensasiya edirlər. Hasil olunan neftin qalan hissəsi şirkətlər və Azərbaycan Dövləti arasında bölüşdürülən "mənfəət nefti"dir.

Müqavilə sahəsi

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir. 2019-cu ilin birinci yarısının sonuna ümumi investisiya həcmi 36 milyard dollardan çox olmuşdur. Bu günə qədər AÇG yatağından cəmi 3,6 milyard bareldən çox neft hasil olunmuşdur.

Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: Çıraq yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca Azəri Layihəsi Mərhələ 1 - Mərkəzi Azəri gəlir. Orada hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı 2-ci faza Qərbi Azəri və Şərqi Azəri platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində Dərinsulu Günəşli platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra Qərbi Çıraq platformasını əhatə edən Çıraq Neft Layihəsi davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə Azəri Mərkəzi Şərqi (ACE) layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. ACE layihəsi hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.

Hazırda AÇG yatağından gündə təxminən 550 000 barel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.

Beynəlxalq səviyyədə tanınma

AÇG tərəfdaşları ilə Hökumət arasında 25 illik uğurlu əməkdaşlıq xarici neft şirkətlərinin Azərbaycan Hökuməti və SOCAR ilə dənizdə hasilat platformaları, sualtı boru kəmərləri, quruda saxlama və beynəlxalq bazarlara ixrac sistemlərini əhatə edən dünya səviyyəli layihəni birgə həyata keçirməyin mümkünlüyünü nümayiş etdirmişdir.

Bu, investorların inamını artırıb və beynəlxalq aləmdə Azərbaycanın uğurlu biznes məkanı kimi tanınmasına imkan yaradıb.

AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlamışdır.

Sazişin müddətinin uzadılması

AÇG yatağının işlənməsinin misilsiz uğurunu nəzərə alaraq, Azərbaycan Hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar. Yeni saziş Bakıda, Zati-aliləri Prezident İlham Əliyevin iştirakı ilə imzalanmışdır.

Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir. O, növbəti otuz ildə AÇG üzrə iştirakçı şirkətlərin AÇG yatağının uzunmüddətli işlənmə potensialını yeni investisiyalar, yeni texnologiyalar və yataqdan hasilatı maksimuma çatdırmaq üçün yeni birgə səylər hesabına açmaq üçün Azərbaycan Hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərinə zəmanət verir.

AÇG layihəsini gerçəkləşdirən insanlar

AÇG layihəsində ən birinci və ən vacib yeri onun işlənməsinə cəlb olunmuş yüksək ixtisaslı insanlar tutur.

AÇG layihəsi dünyanın müxtəlif yerlərindən öz işinə sadiq minlərlə insanın töhfə verdiyi əsl beynəlxalq miqyaslı nailiyyət olsa da, işin böyük hissəsi ölkə daxilində Azərbaycan mütəxəssisləri və işçi qüvvəsi tərəfindən yerinə yetirilmişdir.

Layihə qonşu icmalardan minlərlə insanı işlə təmin etmiş və yüzlərlə yerli Azərbaycan şirkətlərinə öz imkanlarını inkişaf etdirməyə və neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan vermişdir.

Yeni peşə bacarıqları öyrənilmiş, yerli biznes infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

İmkanların bu cür artması layihələr çərçivəsində dünya səviyyəli dəniz platformalarının istehsalı ilə əlaqədar işləri tam olaraq Azərbaycanda yerinə yetirməyə imkan vermişdir.

Bundan əlavə, hazırda Azərbaycan vətəndaşları AÇG üzrə operator olan BP Azərbaycan şirkətinin peşəkar heyətinin 90 faizini təşkil edir. AÇG layihəsində iştirak edən milli kadrların inkişaf etdirilməsi çərçivəsində BP Azərbaycan şirkətinin bir çox yerli işçiləri BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində rəhbər vəzifələrə təyin olunaraq yüksək peşəkarlıq və səriştə əldə etmişlər.

Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəməri

Beynəlxalq səviyyədə AÇG layihəsinin uğuru Azərbaycandan gələn enerjinin strateji əhəmiyyətini əks etdirir.

AÇG layihəsi qapalı hövzə olan Xəzər dənizindən dünya bazarlarına tamamilə yeni bir marşrut açmışdır.

Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri AÇG layihəsinin həyata keçirilməsinin vacib və ayrılmaz tərkib hissəsidir.

Hazırda AÇG yatağından hasil olunan həcmin böyük hissəsi dünya bazarlarına bu boru kəməri vasitəsilə çatdırılır. BTC, üç ölkənin ərazisindən keçərək 1 768 km məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir. O, Azərbaycandan Gürcüstana keçərək Aralıq dənizinə çatır. Orada Türkiyənin Ceyhan şəhərində yeni bir dəniz terminalı inşa edilmişdir. BTC kəməri beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən bir marşrutdur və regionu əsas beynəlxalq enerji oyunçusuna çevirir.

BTC boru kəməri tranzit əraziyə malik ölkələr üçün xeyli gəlir təmin etmiş və Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə kömək etmişdir. BTC kəmərinin ötürücülük qabiliyyəti gündə bir milyon barel təşkil edən layihə gücündən hazırda gündə 1,2 milyon barelə qədər artırılmışdır. Bu günə qədər həmin boru kəməri vasitəsilə təxminən 3,3 milyard barel (təxminən 440 milyon ton) xam neft Xəzərdən Aralıq dənizinə təhlükəsiz və etibarlı şəkildə nəql olunmuşdur.

ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya  qeydiyyatı başlayıb (FOTO)
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bütün xəbərlər