...

Yevlaxda qaz xəttini zədələdilər - Kəndlər qazsız qaldı

Energetika Materials 17 Oktyabr 2019 12:41 (UTC +04:00)
Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər.
Yevlaxda qaz xəttini zədələdilər - Kəndlər qazsız qaldı

Bakı. Samir Əli - Trend:

Dünən axşam saatlarında "Xaldan Əhali" ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, bir qrup abonentin qaz təchizatında fasilə yaranıb.

Hazırda “Azəriqaz” İB-nin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görür. Qaz təchizatının bərpası oktyabrın 17-də gün ərzində mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti