...

“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu

Energetika Materials 24 Oktyabr 2019 17:44 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının pik dövründə işə 40 min nəfər cəlb olunmuşdu
“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu

Bakı. Ləman Zeynalova - Trend:

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının pik dövründə işə 40 min nəfər cəlb olunmuşdu.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Enerji Xartiyası Forumunda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda ictimaiyyətlə əlaqələr, xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, “Cənub Qaz Dəhlizi” dünyada ən irimiqyaslı layihələrdən biridir və bu layihəyə qoyulan investisiyalar 40 milyard dollar təşkil edib.

B.Aslanbəyli qeyd edib ki, 2018-ci ildə “Şahdəniz 2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri qrafikin qabaqlanması və planlaşdırılan məbləğdən daha az xərclərlə icra olunmuşdu:

“İlk kommersiya tədarükləri iyunun 30-da başlayıb və qaz tədarükü ilə bağlı öhdəliklər uğurla icra olunub”.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi ötən il mayın 29-da Bakıda keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti