...

Azərbaycan neftinin qiyməti dəyişib

Energetika Materials 15 Noyabr 2019 23:45 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 67,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,4 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti