...

TANAP Azərbaycan, Türkiyə və AB arasında iqtisadi və siyasi əməkdaşlığın genişlənməsinə xidmət edəcək - türkiyəli ekspert

Energetika Materials 1 Dekabr 2019 21:30 (UTC +04:00)

Bakı. Trend:

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) istifadəyə verilməsi Azərbaycan qazının Türkiyə və Avropaya daşınması üçün geniş imkanlar açacaqdır.

Bunu Trend-ə "Yıldırım Beyazit" adına Universitetin professoru, aparıcı türk eksperti Salih Yılmaz deyib.

Türkiyəli analitikin fikrincə, TANAP-ın açılması eyni zamanda Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcəkdir.

Ekspert güman edir ki: "Türkiyə üçün layihə ona görə maraqlıdır ki, birincisi, ölkə hər il Azərbaycanın Şahdəniz-2 yatağından altı milyard kubmetr qaz alacaq və ikincisi, tədarüklərin təhlükəsizliyini təmin edəcəkdir. Bu layihənin həyata keçirilməsi, şübhəsiz ki, Avropanın maraqlarına uyğundur, eyni zamanda gələcəkdə boru kəmərinə qoşularkən qaz bazarında yeni potensial tədarükçülər də faydalana bilər".

Türkiyəli professorun sözlərinə görə, TANAP Azərbaycan, Türkiyə və Avropa Birliyi arasında iqtisadi və siyasi əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Salih Yılmaz deyib: "İnanıram ki, Azərbaycan TANAP və ümumilikdə "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcəkdir. Buna görə Trans-Anadolu boru kəmərinin tamamlanması Azərbaycan, Türkiyə və Avropa üçün tarixi bir hadisədir.

Qeyd edək ki, TANAP Avropanın nailiyyətinin açılış mərasimi 30 noyabr 2019-cu ildə İpsalda (Türkiyə, Edirne əyaləti) baş tutub.

Bu ərazidə, Yunanıstan sərhədi yaxınlığında, TANAP Transadriatik Boru Kəmərinə (TAP) qoşulur, oradan Azərbaycandan təbii qaz Avropa ölkələrinə axacaqdır.

Qeyd edək ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb.

2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

"Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir. Bundan 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya çatdırılacaq. TAP tamamlandıqdan sonra qaz 2020-ci ilin əvvəllərində Avropaya axmağa başlayacaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti