...

Venesuela neftin barelini beş dollardan satmağa başlayıb

Energetika Materials 27 Mart 2020 03:09 (UTC +04:00)
Venesuela neftin barelini beş dollardan satmağa başlayıb

Bakı. Trend:

Venesuela neftin barelini beş dollardan satmağa başlayıb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, ABŞ-ın sanksiyaları, OPEK+ razılaşmasının pozulması, həmçinin pandemiya koronavirusu ölkənin neft sənayesinə güclü mənfi təsir göstəriblər. Bu səbəbdən Karakas nefti ucuz satmaq məcburiyyətində qalıb.

Qeyd edilir ki, Venesuelanın Merey markalı neftini ucuz olmağına baxmayaraq almaq istəyənlər çox azdır, çünkü bu ticarət baş verdiyi halda qarşı tərəf həmən ABŞ-ın sanksiyalarına məruz qalacaq. Hazırda ölkənin gündəlik neft hasilatı sutkada 450 min barelə qədər endirilib, neft anbarları doludur və bir sıra neft buruqlarının işi artıq dayandırlıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti