...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 10 Aprel 2020 12:59 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 23,73 dollar/barel olub
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 25,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,04 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 24,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 21,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 23,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti